Baş nazir: "Prezidentin qarşımda qoyduğu vəzifələrin həyata keçməsi üçün əlimdən gələni edəcəyəm"

Baş nazir: "Prezidentin qarşımda qoyduğu vəzifələrin həyata keçməsi üçün əlimdən gələni edəcəyəm"
# 21 aprel 2018 10:37 (UTC +04:00)

"Azərbaycan prezidentinə söz verirəm ki, mənim qarşımda qoyduğu vəzifələri məsuliyyəti ilə dərk edib, həyata keçirilməsi üçün əlimdən gələni edəcəyəm".

APA-nın məlumatına görə, bunu Azərbaycanın yeni baş naziri Novruz Məmmədov Milli Məclisdə namizədliyinin təsqidiqindən sonra etdiyi çıxışında deyib.

Baş nazir bildirib ki, indi Azərbaycan ölkə başçısının apardığı uğurlu siyasət nəticəsində özünün ən yaxşı dövrünü yaşayır: "Son illər Azərbaycan xarici və daxili siyasət sahəsində böyük uğurlar əldə edib. Çox xoşbəxtəm ki, eyni dövrə mən də şahid oluram".

N. Məmmədov qeyd edib ki, inkişaf yüksək səviyyədə olanda onu bir tərəfdən qoruyub saxlamaq, digər tərəfdən daha da genişləndirmək lazımdır: "Bu, çox çətin vəzifədir. Düşünürəm ki, üzərimə qoyulan bu məsuliyyətin öhdəsindən gəlmək üçün Azərbaycan prezidentinin rəhbərliyi, dövlət və hökumət strukturları, eyni zamanda Milli Məclis üzləri ilə birlikdə sıx əməkdaşlıq şəraitində əlimizdən gələni edəcəyik".

Baş nazir siyasət olduğu kimi qalmaqla, bundan sonra məşğul olacağı əsas sahənin iqtisadiyyat olacağını deyib: "Bu günə qədər qazanılmış, əldə etdiyimiz uğurların istiqamətlərini daha da konkretləşdirməklə, hansı islahatların daha vacib olduğunu, qarşıda bizi nələrin gözlədiyini nəzərə alaraq, addımlar atmaqla bu vəzifələrin öhdəsindən gələcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR