Biləsuvarda 118, Lənkəranda 113 yaşlı seçici səsvermədə iştirak edir

Biləsuvarda 118, Lənkəranda 113 yaşlı seçici səsvermədə iştirak edir
  • Clock-gray 07:42
  • calendar-gray 11 Aprel 2018

Lənkəran yerləşən dairə seçki komissiyalarında seçki prosesinə start verilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran rayonunda ümumilikdə 4 dairə seçki komissiyası fəaliyyət göstərir.

 

73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyası üzrə ümumilikdə 28 məntəqədə səs verəcək vətəndaşların sayı 35 min 491 nəfərdir. Bunlardan da 600 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək. 12 məntəqədə veb-kamera quraşdırılıb.

Seçki prosesini 203 nəfər müşahidəçi izləyir. Dairə üzrə qeydiyyatda olan ən yaşlı seçicinin 92 yaşı var.

 

74 saylı Lənkəran kənd Dairə Seçki Komissiyasına isə 39 məntəqə daxildir. Bu məntəqələr üzrə 34892 nəfər səs verəcək. 90 seçici ilk dəfə səsvermə hüququndan istifadə edir. 9 məntəqədə əlil arabaları üçün pandus, 5 məntəqədə veb-kamera quraşdırılıb. 2 seçicinin yaşı 100-dən yuxarıdır. Seçki prosesini 347 müşahidəçi izləyir.

 

75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyası üzrə 29-u Lənkəran, 12-i isə Masallıda olmaqla, ümumilikdə 41 məntəqədə səs verəcək vətəndaşların sayı 38679 nəfərdir. Bu dairə üzrə ilk dəfə səs verəcək seçicilərin sayı 771 nəfərdir.  6 məntəqədə pandus, 5 məntəqədə veb-kamera quraşdırılıb. Məntəqədə qeydiyyatda olan ən yaşlı seçici 1905-ci il təvəllüdlüdür.

 

76 saylı Lənkəran-Astara Dairə Seçki Komissiyası üzrə isə 45 məntəqə fəaliyyət göstərir. Onlardan 20-i Lənkəranda, 25-i Astaradadır. Həmin məntəqələrdə 38068 nəfər səs verəcək. 2 məntəqədə pandus, 6 məntəqədə veb-kamera quraşdırılıb. İlk dəfə səs verən seçicilərin sayı isə 43 nəfərdir. 

 

Qeyd edək ki, cənub bölgəsinin  7 rayonu üzrə ümumilikdə 13 dairə seçki komissiyasında 622 məntəqə fəaliyyət göstərir və 502173 seçici qeydiyyatdadır. Seçicilərin 8808 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

 

Məntəqələrin 64-də pandus, 96-da veb-kamera quraşdırılıb. 25 seçicinin yaşı 100-dən yuxarıdır. Seçki prosesini izləmək üçün 6821 müşahidəçi qeydə alınıb.

 

Bölgənin ən yaşlı seçicisi isə 118 yaşlı Biləsuvar rayon sakini Səftər Həsən oğlu Qurbanovdur. 

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date