Bosniyalı müşahidəçi: “Məntəqələrdə heç bir problemin şahidi olmadıq”

Bosniyalı müşahidəçi: “Məntəqələrdə heç bir problemin şahidi olmadıq”
  • Clock-gray 09:28
  • calendar-gray 12 Aprel 2018

Bosniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçiriblər.

 

APA-nın məlumatına görə, dostluq qrupunun rəhbəri Pedrak Kozul bildirib ki, seçkilər uğurla təşkil olunub, bütün beynəlxalq müşahidəçilər üçün bərabər şərait yaradılıb: “Azərbaycanı xalqı seçki münasibətilə təbrik edirəm. Azərbaycan parlamentinə minnətdarlığımı bildirirəm ki, bizi seçki prosesini izləmək üçün dəvət edib. Seçki prosesini izləmək üçün bütün beynəlxalq müşahidəçilərə bərabər imkan yaradılmışdı. Müşahidələrimiz zamanı məntəqələrdə heç bir problemin şahidi olmadıq. Seçkilər zamanı gənclərin fəallığını daha çox müşahidə etdik. Bundan başqa, əlil insanların da seçkidə iştirak etmələri üçün imkan yaradılmışdı”. 


P. Kozul əlavə edib ki, Azərbaycan və Bosniya iqtisadi-siyasi yöndə əməkdaşlığı olan ölkələrdir: “Bu səbəbdən ölkənizdə siyasi sabitliyin olması Bosniyanın marağındadır”. 

Cavid Zeynallı

Digər xəbərlər

Arxiv

date