Çingiz Əsgərov: "Avropa Məhkəməsi etiraf edib ki, Azərbaycanın seçki qanunvericiliyi demokratiyaya xidmət edir"

Çingiz Əsgərov: "Avropa Məhkəməsi etiraf edib ki, Azərbaycanın seçki qanunvericiliyi demokratiyaya xidmət edir"
  • Clock-gray 07:30
  • calendar-gray 27 Fevral 2018

"Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında öhdəliyi həm də seçkilərin azad və şəffaf keçirilməsi ilə bağlıdır. Avropa Konvensiyasının 1 saylı Protokolunda qanunverici orqanın seçkilərlə bağlı bu öhdəliyi əksini tapıb".

  

APA-nın məlumatına görə, bunu bu gün MSK-nın təşkilatçılığı ilə keçirilən seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan seminarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

 

Ç. Əsgərov bildirib ki, bu səbəbdən Avropa Məhkəməsinə yalnız parlament seçkiləri ilə bağlı müraciət edilə bilər: "Bununla belə, Avropa Məhkəməsi seçkidə namizədliyi sərbəst irəli sürmək hüququnun təmin edilməsini zəruri sayır və bu barədə müraciətləri araşdıra bilər. Ancaq Avropa Məhkəməsi namizədin seçkiləri udub-udmaması kimi müraciətlərə baxmır. Avropa Məhkəməsi etiraf edib ki, Azərbaycanın seçki sahəsində qanunvericiliyi demokratiyaya xidmət edir. Avropa Məhkəməsi Azərbaycanda seçkilərlə bağlı ciddi pozuntular aşkar etməyib. Burada söhbət ancaq texniki məqamlarla bağlı olub".

                                      

Ç. Əsgərov qeyd edib ki, seçkidə namizədliyin qeydə alınması və ləğv edilməsi ilə bağlı keçirilən iclaslara namizədliyi qeydə alınan şəxs dəvət olunmalıdır.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date