Deputat: "AŞPA bacarıqlı Azərbaycan nümayəndəsini ordan uzaqlaşdırmağa çalışırdı, buna nail oldu"

Deputat: "AŞPA bacarıqlı Azərbaycan nümayəndəsini ordan uzaqlaşdırmağa çalışırdı, buna nail oldu"
# 18 may 2018 10:12 (UTC +04:00)

“AŞPA-da qəbul edilmiş sanksiya Azərbaycanda sabitliyi pozmaq, ölkəmizi özlərinin istədiyi əyriliyə uyğunlaşdırmaqdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail İbrahimli bildirib.

O qeyd edib ki, Səməd Seyidovun hədəf seçilməsi onun yüksək şəxsi keyfiyyətindən irəli gəlir: “Onlar belə bacarıqlı Azərbaycan nümayəndəsini ordan uzaqlaşdırmağa çalışırdılar və buna nail oldular. Avropa Şurası içi çürük, çölü bəzək bir şeydən başqa heç nə deyil. Biz qətiyyətimizi davam etdirəcəyik. Səməd Seyidov da daha prinsipial şəkildə dövlətinə xidməti davam etdirəcək”.

Deputat Sahibə Qafarova isə bildirib ki, Azərbaycan Avropa Şurasının fəaliyyətinə töhfə verdiyi halda, qurum alternativ münasibət sərgiləməyib: "Bunun bariz nümunəsi Səməd Seyidova qarşı qərəzli şəkildə sansksiya tətbiq edilməsidir. Bu, Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir. Bu, sanksiya AŞPA-nın nüfuzuna ciddi xələl gətirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR