Dövlət Miqrasiya Xidmətinə yeni rəis təyin olunub

Dövlət Miqrasiya Xidmətinə yeni rəis təyin olunub
# 23 aprel 2018 17:35 (UTC +04:00)

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə yeni rəis təyin olunub.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən bu vəzifəyə Vüsal Hüseynov təyin olunub.

Qeyd edək ki, bu quruma Firudin Nəbiyev rəhbərlik edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR