Azərbaycan Prezidenti İlham Əliyev Ənvər Adil oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqda sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncamda Ə. Əliyevə Azərbaycanda tikinti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə fərdi təqaüd verildiyi bildirilib.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.