Gürcüstan hökumətində kadr dəyişikliyi baş verib

Gürcüstan hökumətində kadr dəyişikliyi baş verib
# 30 mart 2018 08:19 (UTC +04:00)

Gürcüstanın regional inkişaf və infrastruktur naziri Zurab Alavidze vəzifəsini tərk edib.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili keçirdiyi brifinqdə deyib. O bildirib ki, Z. Alavidze öz istəyi əsasında istefa verib.

Z. Alavidzenin yerinə hökumət administrasiyasının rəhbəri Maya Tskitişvili təyin olunub.

Qeyd edək ki, Z.Alavidze 2016-cı ilin noyabrında regional inkişaf və infrastruktur naziri təyin olunub. M. Tskitişvili isə 2012-ci ilin noyabrından hökumət administrasiyasının rəhbəri vəzifəsini tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR