Heydər Əliyevin 95 illiyi ilə bağlı amnistya verilməsi təklif edilib

Heydər Əliyevin 95 illiyi ilə bağlı amnistya verilməsi təklif edilib
  • Clock-gray 09:21
  • calendar-gray 01 Fevral 2018

“Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə yanaşı, müstəqil Azərbaycanın memarı, dövlətçiliyimizin möhkəmlənməsinin banisi, 20 yanvar faciəsi zamanı dünyaya ilk olaraq sözünü çatdıran ümummilli lider Heydər Əliyevin 95 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlər planı ilə bağlı də qərarlar qəbul edək”.

 

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

 

O, bununla bağlı "Amnistiya aktı"nın qəbul edilməsini, həbsdə olan bir sıra şəxslərin günahların bağışlanmasını təklif edib: "Humanizm ümummilli lider Heydər Əliyevin əsas prinsipi olub, onun ad günü ərəfəsində bir sıra amnistiya aktları olub, insanlar azadlığa çıxıb. Növbəti dəfə belə bir aktı hazırlamaqla yaxşı addım atmış olarıq”.

Mübariz Aslanov

Digər xəbərlər

Arxiv

date