Kambocalı müşahidəçi: “Seçicilər səsvermədə çox aktiv iştirak edirlər”

Kambocalı müşahidəçi: “Seçicilər səsvermədə çox aktiv iştirak edirlər”
  • Clock-gray 14:04
  • calendar-gray 11 Aprel 2018

“Bu gün səhər və günorta saatlarında şəhərin müxtəlif ərazilərində təsadüfi seçilən seçki məntəqələrində olmuşam. Bütün seçki məntəqələrində seçkilərin sülh şəraitində aparmasından çox təsirləndim”.

 

Bunu APA-ya prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən kambocalı müşahidəçi Piç Çaradin deyib.

 

O qeyd edib ki, seçicilər səsvermə prosesində çox aktiv şəkildə iştirak edirlər: “Hətta hər yerdə yerli müşahidəçilərə rast gəlmək mümkündür”. 

 

Kamboca Konqresinin üzvü olan Yara Suos isə bildirib ki, indiyə qədər bir çox seçki məntəqəsində səsvermə prosesini izləyib. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası seçkilərin sülh şəraitdə keçirilməsini təmin edir: “Müşahidələrimizə əsasən deyə bilərik ki, insanlar seçki suverenliyini çox yaxşı müdafiə edir”.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date