MDB müşahidəçiləri Şirvanda yüksək aktivlik müşahidə etdilklərini deyiblər

MDB müşahidəçiləri Şirvanda yüksək aktivlik müşahidə etdilklərini deyiblər
# 11 aprel 2018 10:29 (UTC +04:00)

Şirvan şəhərində seçici aktivliyi müşahidə olunur.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, MDB-dən olan müşahidəçilər Olqa Kudaşkina və Denis Perepelitsin, ATƏT-in Şirvandakı qısamüddətli müşahidəçiləri - ABŞ-dan olan Levine David və fransalı Oberson Frederik seçki prosesini izləyirlər. Fransalı Biatriks Bunekamp və türkiyəli Ali Taha Yildiz isə uzunmüddətli müşahidə missiyasını təmsil edirlər.


O. Kudaşkina səhər tezdən 10-dan artıq məntəqədə müşahidə apardıqlarını söyləyib: "Seçicilərin yüksək aktivliyini müşahidə edirik. Heç bir seçki pozuntusu qeydə alınmayıb”.

D. Perepelitsin də seçki prosesini yüksək qiymətləndirib: "Seçicilərin böyük axınını müşəhidə edirik”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə 4 məntəqədə, Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi də 4 məntəqədə “exit-poll” keçirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR