Milli Məclisin aprelin 3-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin aprelin 3-də keçiriləcək iclasının gündəliyi açıqlanıb
  • Clock-gray 09:10
  • calendar-gray 27 Mart 2018

Azərbaycan Milli Məclisinin aprelin 3-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.

 

APA-nın məlumatına görə, iclasın gündəliyinə 25 məsələ daxildir.

 

Bunlar bir sıra sənədlərin ratifikasiyası, “Banklar haqqında”, “Kredit büroları haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Valyuta tənzimi haqqında”, “Yerin təki haqqında” və sair qanunlara, Mülki, Şəhər Salma və Tikinti məcəllələrinə dəyişikliklər, “Peşə təhsili haqqında” (ikinci oxunuş), “Azərbaycan Respublikasında daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihələridir.

 

Qeyd edək ki, martın 30-da Milli Məclisin 1918-ci ildə mart soyqırımı ilə bağlı xüsusi iclası da nəzərdə tutulub.

Mübariz Aslanov

Digər xəbərlər

Arxiv

date