Milli Məclisin Hesablayıcı və İntizam komissiyalarının tərkibi olduğu kimi saxlanılır

Milli Məclisin Hesablayıcı və İntizam komissiyalarının tərkibi olduğu kimi saxlanılır
# 23 yanvar 2018 10:23 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin Hesablayıcı və İntizam komissiyalarının tərkibi 2018-ci il üzrə təsdiq üçün müzakirəyə çıxarılır.

APA-nın məlumatına görə, bununla bağlı fevralın 1-də MM-in yaz sessiyasının ilk iclasında müzakirəyə təklif olunan sənəddə komissiyaların əvvəlki sədrləri və üzvləri olduğu kimi saxlanılır.

Qeyd edək ki, İntizam komissiyasının sədri Ağacan Abıyev, üzvləri Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadədir.

Hesablayıcı komissiyanın sədri isə Fəttah Heydərovdur. Komissiyanın tərkibinə deputatlar Sədaqət Vəliyeva, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Orucov və Mixail Zabelin daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR