Milli Məclisin Hesablayıcı və İntizam komissiyalarının tərkibi yenidən təsdiqlənib

Milli Məclisin Hesablayıcı və İntizam komissiyalarının tərkibi yenidən təsdiqlənib
# 01 fevral 2018 09:07 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında Hesablayıcı və İntizam komissiyalarının tərkibi 2018-ci il üzrə təsdiq üçün müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, müzakirəyə təklif olunan sənəddə komissiyaların əvvəlki sədrləri və üzvləri olduğu kimi saxlanılır.

Sənəd səsə qoyularaq təsdiq olunub.

Qeyd edək ki, İntizam komissiyasının sədri Ağacan Abıyev, üzvləri Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadədir. Hesablayıcı komissiyanın sədri isə Fəttah Heydərovdur. Komissiyanın tərkibinə deputatlar Sədaqət Vəliyeva, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Orucov və Mixail Zabelin daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR