MM sədrinin I müavini Rusiyada seçkiqabağı monitorinqdə iştirak edəcək

MM sədrinin I müavini Rusiyada seçkiqabağı monitorinqdə iştirak edəcək
# 17 fevral 2018 12:27 (UTC +04:00)

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Rauf Əliyev fevralın 19-da Rusiyaya səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlar bu ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak edəcək.

Millət vəkilləri Moskva və Sankt-Peterburq şəhərlərində seçkiqabağı vəziyyət, prosesin təşkili ilə yaxından tanış olacaq, namizədlər tərəfindən təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsini müşahidə edəcəklər.

Səfər fevralın 23-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR