MSK sədri: "Prezident seçkilərində seçici fəallığı 74,30 faiz olub"

MSK sədri: "Prezident seçkilərində seçici fəallığı 74,30 faiz olub"
# 12 aprel 2018 10:36 (UTC +04:00)

Aprelin 11-də keçirilən prezident seçkiləri ilə bağlı bülletenlər tam sayılandan sonra seçici fəallığı açıqlanıb.

APA-nın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, prezident seçkilərində seçici fəallığı 74,30 faiz olub.

MSK sədri deyib ki, 3 milyon 962 min 123 seçici səs verib, 3 milyon 962 min 96 bülleten sayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR