MSK sədri xəbərdarlıq edib

MSK sədri xəbərdarlıq edib
# 24 mart 2018 11:58 (UTC +04:00)

"Sosial şəbəkələrlə bağlı müraciətlər Mərkəzi Seçki Komissiyasında araşdırılacaq".

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, KİV-lərlə bərabər, sosial şəbəkələr də diqqət mərkəzində olacaq.

MSK sədri dairə və məntəqə seçki komissiyalarına da xəbərdarlıq edib: "Dairə və məntəqə seçki komissiyaları üçün ən yüksək şərait yaradılıb, komissiya üzvlərinin peşəkarlığını artırmaq üçün təlimlər keçirilməkdədir. Bütün bunları nəzərə alaraq, yanlışlığa yol verən komissiya üzvlərinin bağışlanmayacağını bir daha bəyan edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR