Naxçıvan kənd təsərrüfatı naziri təyin edilib

Naxçıvan kənd təsərrüfatı naziri təyin edilib
# 28 iyun 2018 19:20 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı naziri təyin edilib.

APA-nın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Fərmana əsasən Bəhruz Bayramov Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı naziri təyin edilib.

Qeyd edək ki, B. Bayramov bundan əvvəl Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru və eyni zamanda Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR