Oleq Babenko: “Azərbaycanlılar Moldovanın Avropaya inteqrasiyasında çox fəaldırlar”

Oleq Babenko: “Azərbaycanlılar Moldovanın Avropaya inteqrasiyasında çox fəaldırlar”
# 29 mart 2018 13:02 (UTC +04:00)

Kişinyovda Moldova Millətlərarası münasibətlər üzrə Büronun rəhbəri Oleq Babenko ilə Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov və Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Vüqar Novruzov ilə görüşüb. APA-nın məlumatına görə, görüş zamanı O. Babenko Moldovada yaşayan azərbaycanlıların fəaliyyəti, etnik münasibətlərdə rolu və ölkənin ictimai-siyasi həyatında yeri ilə bağlı məlumat verib.

O. Babenko bildirib ki, azərbaycanlılar son illər yüksək fəaliyyətləri ilə Moldova xalqının ayrılmaz bir hissəsinə çevrilib: “Ölkədəki azərbaycanlılar hətta Moldovanın Avropaya inteqrasiyasında da fəal iştirak edirlər”. S. Qasımov da O. Babenkoya AAK-ın fəaliyyəti barədə geniş məlumat verib. AAK İdera Heyətinin üzvü, MAK sədri Vüqar Novruzovun ölkənin ictimai-iqtisadi həyatında fəaliyyəti dəyərləndirilib. Sonda O. Babenko azərbaycanlılara Büronun muzeyindəki Holokost muzeyini nümayiş etdirib, II dünya müharibəsində kütləvi qırılan moldavanlar barədə məlumat verib. Görüşdə Moldova-Azərbaycan münasibətləri yüksək qiymətləndirilib, bu istiqamətdə yüksək xidməti olan prezident İlham Əliyevə uğurlar arzu edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR