Özbəkistan parlamentinin sədr müavini: “Səsvermə zamanı siyasi mədəniyyət yüksək olub”

Özbəkistan parlamentinin sədr müavini: “Səsvermə zamanı siyasi mədəniyyət yüksək olub”
# 11 aprel 2018 18:14 (UTC +04:00)

"Prezident seçkilərinin yüksək səviyyədə təşkili münasibətilə Azərbaycan Mərkəzi Seçki Komissiyasını təbrik edirəm".

APA-nın xəbərinə görə, bunu Özbəkistan Parlament Məclisi sədrinin müavini Sarvar Otamurodov prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

Prezident seçkilərini Özbəkistandan üç nəfərin müşahidə etdiyini xatırladan S. Otamurodov qeyd edib ki, səsvermə zamanı siyasi mədəniyyət yüksək səviyyədə olub: "Azərbaycanda keçirilmiş prezident seçkiləri beynəlxalq standartlara uyğun - azad, şəffaf və demokratik şəkildə baş tutub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR