Parlamentin fevralın 13-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb

Parlamentin fevralın 13-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb
  • Clock-gray 07:33
  • calendar-gray 07 Fevral 2018

Milli Məclisin fevralın 13-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

 

APA-nın xəbərinə görə, gündəlikdə “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi, “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi, “Elektroenergetika haqqında qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi, “Qaz təchizatı haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi, Azərbaycanla bəzi ölkələr arasında imzalanmış sazişlərin ratifikasiyası haqqında qanun layihələri, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, Azərbaycan və Naxçıvan Ali Məhkəmələrinə hakimlərin təyin edilməsi və s. məsələlər var. 

Mübariz Aslanov

Digər xəbərlər

Arxiv

date