Prezident İlham Əliyev Bayraq Meydanında olub, toplardan yaylım atəşi açılıb

Prezident İlham Əliyev Bayraq Meydanında olub, toplardan yaylım atəşi açılıb
# 18 aprel 2018 09:41 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.

APA-nın məlumatına görə, fəxri qarovul dəstəsinin rəisi prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısı əsgərləri salamlayıb. Azərbaycan Respublikasının dövlət himni səslənib.

Azərbaycan prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açılıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçısının qarşısından keçib.

Sonda xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR