Akkreditə olunmuş yerli müşahidəçilərin sayı 57 mini ötüb

Akkreditə olunmuş yerli müşahidəçilərin sayı 57 mini ötüb
# 04 aprel 2018 15:15 (UTC +04:00)

Bu günə qədər aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş yerli müşahidəçilərin sayı ilə bağlı son statistika açıqlanıb.

MSK-nın Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar 57 min 373 yerli müşahidəçi akkreditə olunub.

Qeyd edək ki, prezident seçkiləri ilə əlaqədar ölkə üzrə müşahidə ilə bağlı MSK-ya sənədlərin təqdim edilməsi üçün ayrılan müddət aprelin 1-dək olan dövrü əhatə edib. Dairələr üzrə seçkilərin müşahidəsi ilə bağlı dairə seçki komissiyalarına sənədlərin təqdim edilməsi üçün ayrılan müddət isə aprelin 6-dək olan dövrü əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR