Prezident seçkiləri üçün nə qədər bülletenin hazırlanacağı məlum olub

Prezident seçkiləri üçün nə qədər bülletenin hazırlanacağı məlum olub
# 06 mart 2018 13:10 (UTC +04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirəyə çıxarılıb.

Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. A. Muxtarova bildirib ki, Seçki Məcəlləsinin tələbinə əsasən seçicilərin sayının 3 faizindən artıq olmamaq şərti ilə seçki bülleteni hazırlanmalıdır. Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 5 milyon 347 min 804 ədəd seçki bülleteni hazırlanacaq.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR