Prezidentliyə namizəd Qüdrət Həsənquliyev səs verib

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev səs verib
# 11 aprel 2018 10:03 (UTC +04:00)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından prezidentliyə namizədliyi irəli sürülən Qüdrət Həsənquliyev səs verib.

APA-nın məlumatına görə, o, 29 saylı Səbail Seçki Dairəsinin 28 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Prezidentliyə namizəd seçkilərin gedişatından razılığını bildirib: “Seçki prosesi indiyədək demokratik qaydada keçirilib. Əlbəttə, bütün namizədlərin imkanları eyni deyil. Amma Seçki Məcəlləsinin hər hansı normasının pozulması müşahidə olunmur. Ümid edirəm ki, səsvermə də qanunlara uyğun baş tutacaq. Bu seçki daha güclü, demokratik Azərbaycana, Qarabağın azad olunmasına yol açacaq siyasi xətti dəstəkləyəcək. İnşallah, biz Qarabağı azad edəcəyik. Daha güclü, demokratik Azərbaycan quracağıq. Xeyirli, uğurlu olsun!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR