Prokurorluq sisteminin fəaliyyəti ilə bağlı medal təsis olunur

Prokurorluq sisteminin fəaliyyəti ilə bağlı medal təsis olunur
# 25 may 2018 10:01 (UTC +04:00)

Azərbaycanda prokurorluq sisteminin fəaliyyəti ilə bağlı medal təsis olunur.

APA-nın məlumatına görə, bununla bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” yubiley medalının təsis edilməsi ilə bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Layihəyə əsasən yeni medal ilə prokurorluq sistemində xidmətdə yüksək nəticələr əldə edən, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində peşəkarlığı ilə fərqlənən, uzun müddət qüsursuz xidmət edən prokurorluq orqanlarının əməkdaşları və veteranları, prokurorluq orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR