Respublika Ağsaqqallar Şurasının üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər

Respublika Ağsaqqallar Şurasının üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər
  • Clock-gray 08:20
  • calendar-gray 07 May 2018

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və Şura üzvləri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət ediblər.

  

APA-nın xəbərinə görə, onlar Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.

  

F. Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, Heydər Əliyev hələ keçmiş SSRİ dövründə Azərbaycanı dünyaya tanıdıb, Azərbaycan dili dövlət dili kimi Konstitusiyada yer alıb.

 

O, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu olduğunu da qeyd edib: "Bu yolu bu gün prezident İlham Əliyev də uğurla davam etdirir".

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date