Rusiyada Heydər Əliyevin 95 illiyinə həsr olunan beynəlxalq yarış keçiriləcək

Rusiyada Heydər Əliyevin 95 illiyinə həsr olunan beynəlxalq yarış keçiriləcək
  • Clock-gray 10:44
  • calendar-gray 28 Aprel 2018

Rusiya Federasiyası Solikamsk şəhərində Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş gənclər arasında beynəlxalq Cüdo yarışı keçiriləcək.

 

Azərbaycan Türkiyə Evinin İcraçı Direktoru və Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili  APA-ya bildirib ki, mayın 10-da təşkil olunacaq Cüdo yarışı Rusiya, Qazaxıstan, Ukrayna, Azərbaycan, Tacikistan, Özbəkistan və Qırğızıstandan idmançılar qatılacaq.

 

“Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışın Təşkilatçısı Solikamskda Azərbaycan Cəmiyyətinin sədri Uğur Əfəndiyevdir. Salikomsk Şəhər rəhbərliyi, Gənclər və idman Departamenti və Azərbaycan Diasporu İnformasiya Mərkəzi də Təşkilatçılar siyahısındadır"- deyə, T. Allahverdili bildirib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date