Sabiq deputat: "Terrorçuların din pərdəsi adı altında törətdiyi cinayəti narazılıq kimi qələmə vermək düzgün deyil"

Sabiq deputat: "Terrorçuların din pərdəsi adı altında törətdiyi cinayəti narazılıq kimi qələmə vermək düzgün deyil"
# 14 iyul 2018 10:40 (UTC +04:00)

"1995-2000-ci illərdə Gəncəni Milli Məclisdə deputat kimi təmsil etmişəm və bu baxımdan həm də bir gəncəli kimi bu bölgənin camaatını çox yaxşı tanıyıram. Gəncə camaatı bu gün də birmənalı olaraq cənab prezidentimiz İlham Əliyevin apardığı siyasəti dəstəkləyir. Buna görə də bəzi terrorçuların din pərdəsi adı altında törətdiyi cinayəti narazılıq kimi qələmə vermək düzgün deyil".

Bunu APA-ya açıqlamasında sabiq deputat, politoloq Yusif Bağırzadə bildirib.

O deyib ki, son illərdə Azərbaycan bir sıra iqtisadi və siyasi uğurlara imza atıb. Y. Bağırzadənin sözlərinə görə, TAP, TANAP layihələrinin icrası və Azərbaycan qazının Avropaya çatdırılması, bu ərəfədə ölkəmizin "Əsrin müqaviləsi"nin ikinci mərhələsinə başlaması, işğalçı Ermənistan üzərində qazandığı qələbələrdən sonra düşmənlərimizin narahatlığı açıq görünürdü: "Digər tərəfdən Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun güclənməsi bədxah düşmənlərimizin qısqanclığına səbəb olurdu. Bu baxımdan belə xarici dairələrin nəsə planlaşdıracağı gözlənilən idi. Ancaq bu hadisələrin məhz Gəncədə törədilməsi məndə təəccüb və təəssüf hissi doğurur. Orada şəhid olan polis zabitlərini də şəxsən tanıyırdım, Gəncə camaatı onlardan narazı deyildi. Ümid edirəm ki, bütün hallarda bu hadisələrə istintaq orqanı tərəfindən qiymət veriləcək və günahkarlar cəzalanacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR