Slovakiyalı müşahidəçi: “Azərbaycan xalqı demokratik mühitdə öz namizədinə səs verib”

Slovakiyalı müşahidəçi: “Azərbaycan xalqı demokratik mühitdə öz namizədinə səs verib”
# 11 aprel 2018 19:38 (UTC +04:00)

"Azərbaycan xalqını və səsvermə nəticəsində qalib gələcək namizədi təbrik edirəm".


APA-nın xəbərinə görə, bunu Slovakiya-Azərbaycan dostluq qrupunun rəhbəri Peter Marcek prezident seçkiləri ilə bağlı təşkil olunmuş mətbuat konfransında deyib.

O, Azərbaycanda keçirilmiş prezident seçkilərini böyük məmnuniyyətlə müşahidə etdiklərini bildirib.


P. Marcek qeyd edib ki, prezident seçkiləri qayda-qanuna uyğun şəkildə keçirilib: "Azərbaycan xalqı demokratik mühitdə öz namizədinə səs verib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR