Tofiq Yaqublu: "Başqan müavini vəzifəsindən çıxarılmağımı Arif Hacılı ilə danışmışdıq"

Tofiq Yaqublu: "Başqan müavini vəzifəsindən çıxarılmağımı Arif Hacılı ilə danışmışdıq"
# 14 fevral 2018 16:19 (UTC +04:00)

Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən azad edilib.


T. Yaqublu APA-ya açıqlamasında deyib ki, müavin vəzifəsindən azad edilsə də, partiyanın Məclis və Divan üzvü olaraq qalır:

"Bunu Arif Hacılı ilə danışmışıq və səbəblər izah olunub. Müavinlik vəzifəmdən kənarlaşdırılsam da, partiyada qalıram", - deyə o vurğulayıb.

T. Yaqublu müavin vəzifəsindən kənarlaşdırılmasının Milli Şuranın üzvü olması ilə əlaqələndirilməsi faktını təsdiqləyib, lakin bu barədə açıqlama vermək istəmədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR