Trampla Kim Çen In arasında görüşün vaxtı məlum olub

Trampla Kim Çen In arasında görüşün vaxtı məlum olub
# 09 aprel 2018 18:29 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş mayda və yaxud iyunun əvvəlində baş tutacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Donald Tramp bildirib.

Bundan əvvəl Cənubi Koreyanın prezidenti Mun Çje İn ABŞ və KXDR-lə birgə üçtərəfli sammitin keçiriləcəyini istisna etməyib. Qeyd edək ki, 3 ölkə nümayəndələri arasında ilk görüş bu günlərdə Finlandiyada baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR