YAP-da ümumrespublika müşavirəsi keçirilib

YAP-da ümumrespublika müşavirəsi keçirilib
# 30 iyun 2018 10:27 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) şəhər (rayon) təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

APA-nın məlumatına görə, YAP-ın sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov müşavirəni açaraq prezident seçkilərində göstərdikləri fəallığa görə partiya üzvlərinə təşəkkürünü bildirib.

Qeyd edib ki, seçkilər yüksək fəallıqla təşkil edilib: "Xalqımız bu seçkilərdə də prezident İlham Əliyevin siyasətini dəstəklədiyini yüksək səs çoxluğu ilə göstərdi. Seçki kampaniyasında YAP üzvləri yüksək fəallıq göstəriblər və prezident İlham Əliyev partiya üzvlərinə təşəkkürünü bildirib".

Ə.Əhmədov qeyd edib ki, bu il bir sıra əlamətdar hadisələrlə yadda qalıb: "Xalq Cümhuriyyətinin 100 illik yubileyi, hərbi paradı bura aid etmək olar. Qarşıdakı iki ildə də bir sıra əhəmiyyətli tədbirlər keçiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR