YAP Ağdaşda görüşlər keçirib

YAP Ağdaşda görüşlər keçirib
# 02 aprel 2018 16:09 (UTC +04:00)

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyasının növbəti görüşləri rayonun Aşağı Nemətabad, Qəribli və Yuxarı Nemətabad kəndlərindən olan seçicilərlə keçirilib.

APA-nın xəbərinə görə, görüşləri Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, deputat Cavid Osmanov açaraq ölkədə keçiriləcək Prezident seçiklərindən və bu seçkilərdə partiya tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər haqqında məlumat verib.

Görüşlərdə çıxış edən seçicilər – Ələsgər Bəkirov, Aidə Cavadova və Cəfər Osmanov cənab İlham Əliyevin namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsini sonsuz dərəcədə sevinclə qarşıladıqlarını, seçki günü ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini bəyan ediblər. Görüşdə təbliğat qrupunun üzvləri Sevgili İbrahimova və Fuad Nəbiyev çıxış edərək seçiciləri yekdilliklə birləşməyə və seçki günü fəlallıq, birlik nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR