YAP Ağdaşda seçicilər üçün konsert təşkil edib

YAP Ağdaşda seçicilər üçün konsert təşkil edib
# 03 aprel 2018 17:26 (UTC +04:00)

YAP Mərkəzi Seçki Qərargahı tərəfindən təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş şəhər stadionunda seçicilərlə görüş keçirilib.

APA-nın məlumatına görə, 25 mindən çox ağdaşlının iştirak etdiyi görüşdə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov, Ağdaş rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, Milli Məclisin deputatları Elman Nəsirov və Sabir Hacıyev çıxış ediblər.

Onlar Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı İlham Əliyevin prezidentliyi dövründə ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalması, bu siyasi kursun müasir dövrün tələblərinə uyğun formada həyata keçirilməsi və nəticədə müstəqil Azərbaycanın regionun ən güclü dövlətinə çevrilməsi, eyni zamanda ölkədə həyata keçirilən misilsiz abadlıq, quruculuq işlərindən və infrastruktur layihələrindən söz açıblar.

Görüşdə respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR