YAP bölgələrdə “İlhamla İrəli” aksiyasını davam etdirir

YAP bölgələrdə “İlhamla İrəli” aksiyasını davam etdirir
# 05 aprel 2018 18:01 (UTC +04:00)

11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin Ağdaş rayonunda təbliğat-təşviqat kampaniyası çərçivəsində partiyanın növbəti görüşü Ağdaşda keçirilib.

YAP-dan APA-ya verilən məlumata görə, görüşdə partiyanın Ağdaş rayon təşkilatının sədri, deputat Cavid Osmanov son illər ərzində ölkənin təhsil sistemində aparılan köklü islahatlardan və qazanılan müsbət nəticələrdən danışıb.

C.Osmanov qarşıdan gələn prezident seçkilərində seçiciləri uğurlu gələcək naminə İlham Əliyevə səs verməyə çağırıb. Görüşdə çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov da ölkə başçısının təhsilə olan diqqət və qayğısı haqqında danışıb və son illərdə bu sahədə yüksək nəticələrin olduğunu diqqətə çatdırıb. Əmin olduğunu bildirib ki, ağdaşlı seçicilər növbəti dəfə İlham Əliyevə səs verəcəklər.

Sonra çıxış edən Anar İbrahimov, Dursun Əliyeva, Aqşin Kərimli, Elşən Vaqifzadə, Bilqeyis Muxtarova 11 aprel tarixində yekdilliklə İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR