YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb - YENİLƏNİB

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb - <span style="color: red;">YENİLƏNİB
# 08 fevral 2018 08:07 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin namizədliyini irəli sürüb.

APA-nın məlumatına görə, bu barədə YAP-ın bu gün keçirilən VI qurultayında qərar qəbul edilib.

Qərar yekdilliklə qəbul olunub. YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qurultayın qərarını təqdim edib.

YAP sədri, dövlət başçısı İlham Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib.

Yeni Azərbaycan Partiyasının VI qurultayı dövlət himninin səslənməsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-nə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR