YAP Nəsimi rayonunda gənclərin mitinqini keçirib

YAP Nəsimi rayonunda gənclərin mitinqini keçirib
# 26 mart 2018 13:08 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı gənclərin prezident seçkilərinə həsr edilmiş “ İLHAMLA İRƏLİ” mitinqini keçirib.

YAP-dan APA-ya verilən məlumata görə, mitinqdə 1500-dən gənc iştirak edib, Bakının bir sıra rayonlarının gəncləri də aksiyaya qatılıb. “Gənclər bu tədbirdə qarşıdakı 7 il üçün daha güclü və qüdrətli Azərbaycan naminə bütün ölkə gəncliyinə "İLHAMLA İRƏLİ" səslənərək, 11 Aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkilərində Ümumxalq namizədi olan, möhtərəm prezident cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün çağırış ediblər. Musiqili-əyləncəli proqramla davam edən bu təbliğat tədbirində gənclər liderlərinə sevgi, etimad və inamlarının rəmzi kimi canlı , açıq havada "İLHAMLA İRƏLİ" flaşmobunu hazırlayıblar”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR