YAP prezident seçkiləri ilə bağlı sayt yaradıb

YAP prezident seçkiləri ilə bağlı sayt yaradıb
# 19 mart 2018 11:06 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında 11 aprel prezident seçkiləri ilə əlaqədar yaradılmış www.ilhamaliyev2018.az saytının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, təqdimatda YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov, partiya üzvü, deputat Vüsal Hüseynov və digər şəxslər iştirak ediblər.


Siyavuş Novruzov bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq bu gündən etibarən təbliğat-təşviqat kampaniyası başlayır: “Bu təbliğat üsullarından biri də yeni internet saytının yaradılmasıdır".

Saytda prezident İlham Əliyevin fəaliyyəti, daxili və xarici siyasətini əks etdirən məlumatlar yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR