YAP partiyanın qərargahında ənənəvi mətbuat konfranslarını bərpa edib

YAP partiyanın qərargahında ənənəvi mətbuat konfranslarını bərpa edib
# 03 sentyabr 2019 11:42 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyi partiyanın mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib.

YAP-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, cəmiyyət həyatının bütün sahələrini əhatə edən möhtəşəm islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılmasıdır.

Layihə çərçivəsində bütün dövlət və hökumət qurumlarının rəhbərlərinin iştirakı ilə YAP İcra Katibliyində mətbuat konfranslarının keçirilməsi nəzərdə tutulur.

Sentyabrın 10-da ilk mətbuat konfransı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR