Zahid Oruc: “Hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır”

Zahid Oruc: “Hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır”
  • Clock-gray 13:33
  • calendar-gray 13 Noyabr 2019

“Biz son iki ildə yeni iki Baş Nazirin iştirakı ilə yeni büdcə layihəsini müzakirə edirik. Heç şübhəsiz ki, burada bir məna var”.

APA-nın xəbərinə görə, bunu deputat Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, cənab Prezident yeni çağırışları qarşıya qoyub: “Ciddi mənada hökumətdə dəyişikliklərə gedilib. Nazirlər Kabinetinin yeni tərkibindən cənab Prezidentin son 1 ayda qabarıq şəkildə irəli sürdüyü çağırışlarla daha artıq məşğul olmasını gözləyirik. Birinci növbədə hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır. Cənab prezident yeni elitanı formalaşdırır. Bu, həm də hökumət və dövlət strukturlarını əhatə etməkdir. Yeni elitanın formalaşmasına hamı öz töhfəsini verməlidir. Ölkə başçısının irəli sürdüyü tələblərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır. Prezidentin öz ifadəsi ilə söyləsək, bir sıra hallarda insanları şərləyirlər, bizneslərini ələ keçirməyə cəhd edirlər, özləri üçün üstün iqtisadi şərait yaradırlar. Bu, təbii ki, aradan qaldırılmalıdır”.
 

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date