Zeynal Nağdəliyev: “Azərbaycanda seçkilərin keçirilməsinə çox yüksək şərait yaradılıb”

Zeynal Nağdəliyev: “Azərbaycanda seçkilərin keçirilməsinə çox yüksək şərait yaradılıb”
# 11 oktyabr 2019 11:34 (UTC +04:00)

“Azərbaycanda seçki proseduru təkmilləşir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyev deyib.

O bildirib ki, bu səbəbdən ölkədə keçirilən seçkilərə gələn müşahidəçilərin narazılıqları hər dəfə azalmaqdadır: “Seçkilərin müvəffəqiyyətlə keçirilməsinin ilk səbəbi ölkədəki abı-hava, ölkə başçısının həyata keçirdiyi siyasi kurs və onun şəxsi nüfuzudur. Azərbaycanda seçkilərin keçirilməsinə çox yüksək şərait yaradılıb. Ölkədə indiyədək 4 bələdiyyə seçkiləri keçirilib. Yaxın vaxtlarda isə 5-ci bələdiyyə seçkiləri keçiriləcək. Hesab edirəm ki, bu seçkilərə də maraq çoxdur”.

Zeynal Nağdəliyev bildirib ki, seçici siyahıları dürüst hazırlanmalıdır: “Yəni kimsə deməsin ki, adı seçici siyahısında yoxdur. Yoxdursa, dərhal əlavə edilməlidir. Prosesə məsuliyyətlə yanaşmaq lazımdır. Prezidentin qarşımıza qoyduğu məqsəd odur ki, seçkilər şəffaf keçirilsin. Bu istiqamətdə təcrübə toplamışıq. Nöqsanların aradan qaldırılmasına xüsusi diqqət ayrılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR