İsveçdəki Azərbaycan və türk diaspor təşkilatları konfrans keçirəcək

İsveçdəki Azərbaycan və türk diaspor təşkilatları konfrans keçirəcək
# 09 mart 2007 11:49 (UTC +04:00)
Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin birincı Forumundan sonra İsveçdə də konfrans keçirləcək. Bu barədə APA-ya İsveçdə fəaliyyət göstərən Türkmən Federasiyası başqanı Mehmet Hurşid Samançı məlumat verib: “Bu toplantıda İsveçdə yaşayan türklərə forumda müzakirə olunan məsələlər barədə məlumat veriləcək, burada qəbul olunan qərarların nəticəsi olaraq atacağımız addımları müəyyənləşdiriləcək”.
Federasiya başqanı belə forumların davamlı olmasının tərəfdarı olduqlarını vurğulayıb: “Türklərin, o cümlədən azərilərin, türkmənlərin dünyada tanınmasına ehtiyac var. Tanıtmanı bizlər həyata keçirməli, bunun yollarını birgə aramalıyıq”/APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR