DAK İdarə Heyətinin toplantısında qalmaqal yaranıb

DAK İdarə Heyətinin toplantısında qalmaqal yaranıb
# 12 mart 2007 14:39 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda partiya rəhbərliyində təmsil olunanlar arasında qarşılıqlı ittihamlar səsləndirilib və DAK-ın fəaliyyətindəki neqativ hallar araşdırılıb. DAK sədri Cavad Derəxti qurumun Məclisinin fəaliyyətindən narazılığını bildirib. Onun sözlərinə görə, internetdə poltak vasitəsilə keçirilən toplantılara Məclis üzvlərinin əksəriyyəti qatılmır. DAK Məclisinin sədri Sabir Rüstəmxanlı isə C. Derəxtini təşkilatı parçalanmaya yönələn belə ittihamlara yol verməməyə çağırıb: “Məclisə təqdim etdiyiniz şəxslərin bəzilərinin yeri-yurdu bəlli deyil. DAK-ı parçalamaq yolu tutmayın”. DAK sədrinin müşaviri Tənzilə Rüstəmxanlı da qurumun rəhbərliyini tənqid edib və onun fikirlərinin qarşısını heç kimin almaq iqtidarında olmadığını deyib: “Bu günə kimi etdiklərimiz üçün heç kimdən “sağ ol” gözləmirəm. Mənim dediklərimi də normal qəbul edin”. Sonra toplantıda mübahisə yaranıb. DAK Məclisinin üzvü Eldar Qaradağlı ilə tədbirə dəvət olunan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin Güney Azərbaycan məsələləri üzrə müavini Əli Süleymani ilə mübahisə yaranıb. Qarşılıqlı ittihamlarla davam edən tədbiri T. Rüstəmxanlı və BAXCP sədri Qüdrət Həsənquliyev tərk ediblər. DAK Məclisinin sədri S. Rüstəmxanlı bildirib ki, toplantı sabah davam etdiriləcək. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR