DAK-ın növbəti qurultayı bu ilin iyulunda İstanbulda keçiriləcək

DAK-ın növbəti qurultayı bu ilin iyulunda İstanbulda keçiriləcək
# 12 mart 2007 15:06 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin növbəti qurultayı bu ilin iyulunda İstanbulun “Marin Princess” otelində keçiriləcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti deyib. Onun sözlərinə görə, qurultayda DAK-ın fəaliyyət istiqamətləri ilə yanaşı, İranda yaşayan azərbaycanlıların hüquqları, Qarabağ problemi və diaspora məsələsi də müzakirə ediləcək. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) BMT-nin Tanınmamış Millətlər və Xalqlar Təşkilatına (UNPO) qəbuluna da münasibət bildirən C. Derəxti GAMOH-un orada “Güney Azərbaycanın bayrağı” ilə təmsil olunmasından narazılığını bildirib: “Azərbaycanın bir bayrağı var. Bununla əlaqədar öz iradlarımızı bildirmişik. Fikirlərimi Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlıya da çatdırmışam. Çöhrəqanlı deyir ki, bu, GAMOH-un bayrağıdır. Hesab edirəm ki, GAMOH-un bəzi məsul şəxsləri bu məqama diqqət yetirməli və belə ciddi məsələlərlə ayrı-seçkilik yaratmamalıdırlar. Milləti parçalamaq olmaz. Dünyada Güney Azərbaycan milləti adlı millət yoxdur”. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR