DAK sədri Cavad Derəxti ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

DAK sədri Cavad Derəxti ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb
# 13 mart 2007 14:14 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Dersi ilə görüşüb. C. Derəxtinin APA-ya verdiyi məlumata görə, görüşdə Ermənistanın Azərbaycan torpaqlarına ərazi iddiası, Qarabağ münaqişəsi, qondarma “erməni soyqırımı”, İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məsələlər müzakirə edilib. DAK sədri səfirdən xahiş edib ki, qurumun mövqeyi ABŞ prezidenti Corc Buşa çatdırılsın və ona bildirilsin ki, 50 milyonluq azərbaycanlıların problemini diqqətdə saxlasın. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR