31 mart azərbaycanlıların soyqırım günü ilə bağlı Türkiyədə tədbirlər keçiriləcək

31 mart  azərbaycanlıların soyqırım günü ilə bağlı Türkiyədə tədbirlər keçiriləcək
# 16 mart 2007 10:07 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti 31 mart azərbaycanlıların soyqırım günü ilə bağlı tədbirlərin planlaşdırılması məqsədilə Türkiyəyə gedib. C. Derəxti APA-ya açıqlamasında bildirib ki, səfər çərçivəsində Türkiyənin hökumət rəsmiləri və ictimai təşkilatlarının rəhbərləri ilə görüşəcək. İstanbulda 31 mart - azərbaycanlıların soyqırım günü ilə bağlı tədbirlərə hazırlıqla maraqlanacağını deyən DAK sədri bu məqsədlə keçiriləcək aksiyaların yüksək səviyyədə olacağını bildirib: “Dünyaya və bizi bacarıqsız adlandıranlara öz gücümüzü göstərəcəyik. İstanbulun mərkəzində - Taksim meydanında mitinq, sonra isə Azərbaycan və Türkiyədə erməni vəhşilikləri mövzusunda elmi konfrans keçiriləcək”. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR