Xaricdə yaşayan azərbaycanlı alim və jurnalistlərin forumu keçiriləcək

Xaricdə yaşayan azərbaycanlı alim və jurnalistlərin forumu keçiriləcək
# 16 mart 2007 10:37 (UTC +04:00)
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaxın zamanlarda xaricdə yaşayan azərbaycanlı alim və jurnalistlərin forumunu keçirməyi planlaşdırır. APA-nın məlumatına görə, bu barədə komitə sədri Nazim İbrahimov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, forumun keçirilməsində məqsəd müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimlər və jurnalistlər arasında əlaqələrin yaradılmasına nail olmaq, onların ölkəmizin milli maraqlarının müdafiəsi və diaspor quruculuğu işində fəal iştirakını təmin etməkdir. 400-dən çox nümayəndənin qatılacağı tədbirin Türkiyənin Antalya şəhərində keçirilməsi gözlənilir. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR