İsrailin Ramat Qan şəhərində Azərbaycan Diaspora Komitəsinin növbəti yığıncağı keçiriləcək

İsrailin Ramat Qan şəhərində Azərbaycan Diaspora Komitəsinin növbəti yığıncağı keçiriləcək
# 27 mart 2007 08:12 (UTC +04:00)
Martın 30-da İsrailin Ramat Qan şəhərində Azərbaycan Diaspora Komitəsinin növbəti yığıncağı keçiriləcək. APA-nın İsrail bürosunun xəbərinə görə, yığıncaqda qurumun iş planı müzakirə ediləcək, işçi qrupların tərkibi müəyyənləşəcək və İsrail-Azərbaycan Assosiasiyasının təsis qurultayına nümayəndələr seçiləcək. Komitənin yaradılmasının təşəbbüskarı Yeganə Məmmədova-Salman bildirib ki, dünyadakı Azərbaycan diasporası hələ təşkilatlanma mərhələsindədir: “Azərbaycan Diaspora Komitəsi İsraildə güclü Azərbaycan diasporasının yaradılması yolunda atılmış ilk addım və iki xalq arasında əsl dostluq körpüsüdür”.
Qeyd edək ki, İsrail-Azərbaycan Assosiasiyasının təsis qurultayı aprelin 12-də Tel-Əvivdə keçiriləcək. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR