Nijeqorodda yaşayan soydaşlarımız Mövlud bayramına həsr olunmuş tədbir keçirəcəklər

Nijeqorodda yaşayan soydaşlarımız Mövlud bayramına həsr olunmuş tədbir keçirəcəklər
# 29 mart 2007 09:04 (UTC +04:00)
Nijni-Novqorodda yaşayan azərbaycanlılar Mövlud bayramına həsr olunmuş tədbir keçirəcəklər. Azərbaycanın Sankt-Peterburqdakı konsulluğundan APA-ya verilən məlumata görə, tədbirə Nijni-Novqorod vilayətinin və şəhərinin rəhbərləri, dini və ictimai xadimlər, elmi ictimaiyyətin nümayəndələri, regionda fəaliyyət göstərən milli-mədəni cəmiyyətlərin təmsilçiləri, Azərbaycanlıların Rusiyada Milli-Mədəni Muxtariyyətinin üzvləri, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları və azərbaycanlı icmasının nümayəndələri dəvət olunublar. Ümumilikdə tədbirdə mindən artıq şəxsin iştirakı gözlənilir. Dəvətçilər sırasında Rusiya prezidentinin müşaviri Aslambek Aslaxanov, prezidentin səlahiyyətli nümayəndəsi Aleksandr Konovalov, vilayət daxili işlər baş idarəsinin rəisi Viktor Bratanov da var. Qeyd edək ki, hazırda Nijeqorod vilayətində 40 min azərbaycanlı qeydiyyatdadır, 150 minə yaxın soydaşımız isə qeydiyyatı olmadan burada çalışır. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR